Dünyanın ən hündür nağılı - FOTO

30 Mart 2011 17:14
Milli.Az xəbər portalı "Asia Times"ə istinadən bildirir ki, Honkonqda dünyanın ən hündür oteli olan "Ritz Carlton" istifadəyə verilib. 490 metr yüksəkliyi olan binada 312 nömrə 102-118-ci mərtəbələrdədir. Bu nömrələrin pəncərələrindən Viktoriya körfəzi və Honkonqun möhtəşəm mənzərəsini seyr etmək olar.

Oteldə 6 restoran, spa-mərkəz, 116-cı mərtəbədə isə hovuz var.
Sahəsi ən azı 50 kvadrat metr olan biradamlıq nömrənin sutkalıq qiyməti 350 avrodur. Lakin qiymətlərin ən azı 2 dəfə bahalaşacağı gözlənilir. Bu səbəbdən də otelin çəkilən xərcləri 12-15 il ərzində doğruldacağı şübhə doğurmur.
Mütəxəssislər oteli "dünyanın ən hündür nağılı" adlandırırlar.

Tural
Milli.Az