Bəlğəm gətirici resept

17 Aprel 2016 21:05

Bəlğəm bədənimizdə yığılan və bizə heç bir faydası olmayan, əksinə, zərəri olan maddələrin boğaz ətrafında toplanmasıdır. Qatı maye konsistensiyasında olan bəlğəm öskürəklə çölə atılır. Adətən siqaret, qapalı məkanlarda çox qalmaq, çirkli hava bəlğəmin yığılıb qalmasına səbəb olur. Bəzi insanlar ondan tez xilas ola bildiyi halda, bəzi insanlar bəlğəmi xaric etməkdə çətinlik çəkirlər və heç cür xilas ola bilmirlər.

Bәlğәm nәfәs yollarından rahat çıxmalıdır vә burada yığılmamalıdır. Әks halda, burada yığılmış bәlğәm mikrobların daha da çoxalmasına vә nәticәdә iltihabın daha da artmasına, bir çox hallarda isә xәstәliyin xroniki formaya keçmәsinә sәbәb olacaq. Bəlğəmin xaric olmasının ən əlverişli yollarından biri bol-bol su içməkdir.
 
Milli.Az publika.az-a istinadən bəlğəmgətirici cövhərin reseptini təqdim edir:

Hazırlanması:
 
Tərəni yarım litr suda 3 dəqiqə ağzı qapalı qabda pörtlədin. Tərəni süzün, suyunu yeməklərdən əvvəl, ya da yeməklərdən iki saat sonra için.
 
Bəlğəmgətirci bitkilərin siyahısı:
 
Cökə
Mixək
Gicitkən toxumu
Zirə çayı
Boymadərən çayı
Adaçayı
Çörək otu dəmləməsi + bal qarışığı
Püstə + bal qarışığı

Milli.Az