Bakı-Quba yolunda iki maşın toqquşdu: yaralılar var

16 Aprel 2016 20:47

Bu gün Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza magistralın Atuc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes " markalı maşınla "Mitsubişi" markalı avtomaşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az