Ancelina Coli arıqlığının səbəbini açıqladı - FOTO

15 Aprel 2016 16:47

Məşhur amerikalı aktrisa, Hollivud ulduzu Anceloina Coli həddindən artıq arıqlaması, anoreksiyaya tutulması və ölüm ayağında olması ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirib.

Milli.Az Earn the Necklace-ə istinadən bildirir ki, 40 yaşlı aktrisanın çəkisinin 35 kiloqrama düşməsi, xərçəngə tutulması, depressiyadan əziyyət çəkməsi, xəstəxanaya düşməsi və xəyanatə görə əri, aktyor Bred Pittdən boşanmağa hazırlaşması barədə iddiaları cavablayıb.

"Bəli, son vaxtlar çox arıqlamışam. Amma nə xərçəng xəstəsiyəm, nə də anoreksiyaya tutulmuşam. Vəziyyətim çəkdiyim filmlə bağlıdır", - rejissor karyerasına başlamış aktrisa deyib.
Ancelina Coli Kambocada diktator Pol Potr dönəmindəki vəhşətlərdən bəhs edən "First They Killed My Father" ("Onlar əvvəlcə atamı öldürdülər") filminin rejissorudur.

"Film Kambocadakı ölüm düşərgələrindən bəhs edir. Aktyorlar qəsdən az yeyirdilər ki, arıqlasınlar, bihal görünsünlər. Çünki onlar düşərgələrdə saxlananan zavallıları oynayırdılar. Mən də aktyorları dəstəkləmək üçün arıqladım. Bax buna görə arıqlamışam. Şəxsi həyatıma gəldikdə isə hər şey əladır və boşanma xəbərləri də məndə, sadəcə, gülüş doğurur".

Milli.Az