Fidel Kastro: "NATO barbarlıq edir"

29 Mart 2011 19:50
Milli.Az xəbər portalı "Habana Libre"yə istinadən bildirir ki, Kuba inqilabının lideri Fidel Kastro Qərbin Liviyada apardığı hərbi əməliyyatları yenidən tənqid edərək, onları "faşist müharibəsi" kimi dəyərləndirib.

"1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlanandan sonra hətta Almaniya və İtaliyanın faşist liderləri bu qədər həyasız deyildilər. Liviya lideri Qəzzafinin siyasi və dini baxışlarını bölüşmürəm. Əvvəllər dediyim kimi, Xose Marti nəzəriyyəsinin davamçısı, marksist-leninçiyəm, - "Komandande" Kubanın "Granma" qəzetində dərc etdirdiyi "NATO-nun faşist müharibəsi" məqaləsində yazıb. - Mən Liviyanı Tərəfsizlik Hərəkatının üzv ölkəsi və BMT üzvü olan 200-ə yaxın dövlətdən biri kimi görürəm. Hələ heç bir böyük, yaxud kiçik dövlətin planeti məhv etməyə qadir olan silaha malik dövlətlərin belə qurbanı olmayıb".

Kastro daha sonra yazıb: "Belə bir vəziyyəti insanlıq görməyib - 75 il əvvəl faşist bombardmaçı təyyarələri İspaniyanı bombalayanda belə şeylər yox idi. Bu gün şübhəsiz ki, kriminallaşan və nüfuzunu itirən NATO özünün "humanitar" bombardmanları haqqında "gözəl" təmsillər yazacaq. Əgər Liviya lideri Müəmmar Qəzzafi xalqnın ənənələrinə riayət edərək son nəfəsinə qədər vuruşaqarsa, onda NATO-nu və bu alyansın vicdansız layihələrini şərəfsizlik bataqlığında batıracaq".

Tural
Milli.Az