Sərnişin təyyarəsi qəzaya uğrayıb, çoxlu sayda ölən var

14 Aprel 2016 07:47

Papua-Yeni Qvineyanın qərbində, Kiunqa şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 1 avstraliyalı pilot və 11 sərnişin ölüb.
 
Avstraliya XİN-in rəsmi nümayəndəsi bildirib ki, insidentlə bağlı ölkənin  Papua-Yeni Qvineyadakı səfiri yerli icra orqanları ilə sıx əlaqədədir. Qəzanın başvermə səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Milli.Az