Məşhur türk müğənni: "Artıq yaşamağa həvəsim qalmayıb"

14 Aprel 2016 07:40

Yanlış əməliyyat səbəbindən əlil arabasına məhkum olunan müğənni Zerrin Özer həyatından narazıdır. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi artıq yaşamaq istəmədiyini deyib:

"Aylardır, yata bilmirəm. Artıq yaşamağa həvəsim qalmayıb. Düzəlməyi gözləyirdim, daha da pis oldum. Ayaqlarım hərəkətsiz qaldığı üçün dayanmadan şişir. Əhvalım pisdir. Allah heç kimə belə dərd verməsin".

Milli.Az