Türkiyənin məşhur aktyoru Tolqahan Sayışman şəxsi İnstaqram hesabından Azərbaycana dəstək olduğunu bildirib.
Milli.Az xəbər verir ki, o, Ağ Evin saytında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün toplanan imza kompaniyasına qoşulub. Bu haqda sosial şəbəkədə paylaşım edən Tolga qeyd olaraq yazıb:
"Qardaş Azərbaycanın Dağlıq Qarabağ müharibəsinə dəstək olmaq üçün mən də imza atdım. Azərbaycan qardaş ölkədir, vətəndaşları isə qardaşımızdır".

Milli.Az