Naomi Kempbell sürücüsünü döydü

3 Mart 2010 11:57
Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, sürücüsünü əzişdirən Kempbell dərhal da hadisə yerini tərk edib. Məlumata görə, Nyu-York küçələrindən birində özünə məxsus "Cadillac Escalade" ilə hərəkətdə olarkən supermodel arxadan sürücüsünün başına elə zərbə endirib ki, sürücünün sifəti sükana çırpılıb... Nəticədə onun gözünün altı qaralıb.

Bundan dərhal sonra avtomobili saxlatdıran Kempbell maşını tərk edib və "yoxa çıxıb". Sürücü isə artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Modelin özündən çıxmasına nəyin səbəb olduğu açıqlanmır.

Milli.Az