“Kurtlar Vadisi Pusu”: Haşim ağanın oğlu öldürülür – VİDEO

29 Mart 2011 09:53
Yeni seriyada Polad Alemdar və Ersoy Ulubeyin əməkdaşlıq etmək üçün yarışdıqları Haşim ağanın oğlu öldürüləcək. Böyük bir nəslin ağsaqqalı olan Haşim ağa oğlunun intiqamını alacağına, onu öldürənləri öz qanında boğacağına and içir.

Qeyd edək ki, əvvəlki seriyalardan birində Haşim ağanın oğlu baba Memduhun adamları tərəfindən qaçırılmış, bundan təxribat məqsədilə istifadə edən Ersoy Ulubey bu istəyinə nail olmuşdu. Polad Alemdar isə Haşim ağanın oğlunu xilas edərək iki nəsil arasında gözlənilən münaqişənin qarşısını almışdı.

Ersoy Ulubeyin şura iclasında boş qalan kreslonun sahibi kimdir? Haşim ağanın oğlunu kim öldürdü? Haşim ağa kimdən şübhələnəcək? Polad Alemdardan ayrılan Abdulhey və Memati kimin evinə hücum edəcək? Polad Alemdar Haşim ağanın oğlunun ölüm xəbərini eşidəndə nə reaksiya verəcək?

"Kurtlar Vadisi Pusu" serialının yeni seriyası martın 31-də nümayiş olunacaq.

Milli.Az