Nataliya Oreyro araqçınla - FOTO

11 Aprel 2016 19:52

Uruqvaylı müğənni və aktrisa Nataliya Oreyro Azərbaycan milli geyim nümunəsi olan araqçınla foto çəkdirib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, sözügedən fotonu məşhur ulduzun Azərbaycan üzrə fan səhifəsi paylaşıb.

Qeyd edək ki, Nataliya bir müddət əvvəl Azərbaycana gəlmək istədiyini açıqlamışdı.

Xatırladaq ki, 38 yaşlı Nataliya Oreyro müğənnilik və aktrisalıqla yanaşı, modelyerliklə də məşğuldur. Aktrisa "Vəhşi gözəl" filmi ilə dünyada tanınan bir simaya çevirilmişdi.

O, 2007-ci ildə bacısı Adriana ilə birlikdə "Las Oreiro" brendini yaratmışdı.

Milli.Az