Ana 1,5 yaşlı qızını acından öldürdü, meyidini zibilxanaya atdı

28 Mart 2011 20:02
Milli.Az xəbər portalı "Moskovskiy Komsomolets"ə istinadən bildirir ki, körpəsni xüsusi amansızlıqla qətlə yetirmiş gənc ana həbs olunub.
Körpənin cəsədi zibilxanada tapılıb. İlkin məlumatlara görə, qızcığaz dünyaya gəldiyi ilk gündən döyülüb və sonda da aclıqdan ölüb.

Şəhərin Sevastopol prospektindəki evin yanındakı zibil yeşiyində 1,5 yaşlı qızın meyidi tapılandan sonra şübhəli şəxs qismində Mariya Jarova tutulub.
Körpənin 1,5 yaşı olsa da, o, zahirən 8 aylıq uşağa bənzəyirdi.

Patoloqoanatomlar bildirirlər ki, qızcığaz həyatının son iki günü heç nə yeməyib. Üstəlik, körpənin sağ qulağının dibində dərin yara, belində isə gematoma aşkarlanıb.

Uşağın raxit olduğu da müəyyənləşdirilib.

Tural
Milli.Az