İŞİD 43 nəfəri diri-diri yandırdı

21 Fevral 2015 23:04

"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının yaraqlıları İraqın qərbindəki Anbar əyalətində sünni tayfalarından olan 43 nəfəri diri-diri yandırıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, onlar Bağdaddan 200 kilometr şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərində girov götürülərək yaraqlıların ələ keçirdiyi Xit şəhərinə gətiriliblər.

Mənbənin sözlərinə görə, yaraqlılar əsirləri dəmir qəfəslərə salaraq diri-diri od vurublar. Son günlər İŞİD terrorçuları 70 nəfəri edam edib. Bu həftənin ikinci günü İraqın Əl-Bağdadi şəhərində 40 nəfər edam edilib. Edamdan sonra onların yandırıldığı bildirilib. Fevralın 14-də həmin şəhərdə yaraqlılar "Əs-Saxva"nın üzvü olan daha 33 nəfəri qətlə yetiriblər.
 

Milli.Az