Günün təamı: sobada ballı toyuq qanadı - FOTO

6 Aprel 2011 07:00
Amerikada qanad toyuğun ən məşhur hissələrindəndir. Hətta, xüsusi restoranlar var ki, menyularında yalnız qanad var, amma qanad dediyiniz adi qanad deyil. Bu qanadları müxtılif şirin, acı souslarda marinə etdikdən sonra, qızğın yağda qızardırlar. Sonra isə müxtəlif souslara batırıb yeyirlər.

16 ədəd toyuq qanadı
2 xörək qaşığı ketçup
2 xörək qaşığı mayonez
2 xörək qaşığı bal
zövqə görə duz
zövqə görə istiot
çörək qırıntısı (suxariki) - irilərindən olsa daha yaxşı olar

1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).

2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.

3.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.

4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin.

Nuş Olsun!

Milli.Az