Liberman polisə ifadə verib
3 Mart 2010 10:36
Milli.Az xəbər portalı NEWSru.co.il saytına istinadən xəbər verir ki, o, korrupsiya və çirkli pulların yuyulması, dələduzluq və məhkəmə təhqiqatına müdaxilə etməkdə şübhəli bilinir. Libermanı, özünə aid məhkəmə araşdırması haqda İsrailin Belarusdakı səfiri Zyeva Ben-Arye vasitəsi ilə qeyri-qanuni məlumat almaqda da günahlandırırlar.
Liberman da öz növbəsində "ən yaxşı müdafiə hücumdur" taktikasını seçib. Polis idarəsindən çıxar-çıxmaz o, vəkili vasitəsi ilə bəyan edib ki, polislər jurnalistlərə informasiya sızdırdıqları üçün yuxarı hüquq-mühafizə orqanlarına müraciət edəcək. "Libermanın dindirilməsinin bütün detalları hələ dindirilmə başa çatmamış hər kəsə bəlli idi", - deyə nazirin vəkili Yaron Kostlits bildirib.
Milli.Az