Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu aprelin 5-də doğulduğu Ağdaş rayonunda dəfn edildi.
Milli.Az publika.az-a istinadən bildirir ki, dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirildi, şəhid əsgər yaylım atəşi altında son mənzilə yola salındı.
Şəhid Ömər Cəbrayılov cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Dostları onun hərbi xidmətə yolasalma mərasimindəki rəqsini paylaşıblar. Ən təsirli məqam isə onun oynadığı mahnının adının "Dostlar, məni unutmayın" olmasıdır. Sanki ürəyinə damıbmış...
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: