"Qalatasaray" Ronaldinyo xəbərini təkzib etdi

3 Mart 2010 10:06
Milli.Az-ın verdiyi xəbərə görə, "sarı-qırmızılı" klub "Vətən" qəzetində dərc olunan "Polatın seçim hədiytəsi Ronaldinyo" başlıqlı yazı ilə bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

"Qalatasaray"ın bəyanatında bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil. "Adıçəkilən yazıda əsasssız bir iddia əsasında bir transfer ssenarisi yazılıb. Xəbərdə adıkeçən futbolçu ilə klubumuzun heç bir əlaqəsi yoxdur", deyə "Qalatasaray"ın bəyanatında qeyd olunur.

Milli.Az