Dövlət Komissiyasının katibi işdən çıxarıldı

6 Aprel 2016 12:06

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun katibi Firudin Sadıqov təqaüdə göndərilib.

Milli.Az APA-ya istinadən bildirir ki, F. Sadıqov yaş həddi ilə bağlı olaraq təqaüdə çıxıb. Onun yerinə hələlik təyinat yoxdur. F. Sadıqov APA-ay açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, F. Sadıqov 2014-cü ilə qədər işçi qrupun rəhbəri, daha sonra katibi olub. 

Milli.Az