Qarabağda öldürülən erməni zabitləri - SİYAHI

5 Aprel 2016 11:16

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda ölən daha 3 zabitin adlarını açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunlar 1985-ci il təvəllüdlü mayor Ayk Torosyan, 1993-cü il təvəllüdlü baş leytenant Merujan Stepanyan və kiçik serjant Ruben İskəndəryandır.
 
Xatırladaq ki, aprelin 4-də Ermənistan tərəfi aralarında 2 kapitan və 1 mayorun da olduğu daha 7 hərbçinin öldüyü barədə xəbər yaymışdı.

Milli.Az