Nə yazsanız, "Facebook" onu reklam edəcək
27 Mart 2011 16:33
Milli.Az xəbər portalı "Defamer Australia"ya istinadən bildirir ki, dünyanın ən iri sosial şəbəkəsi "Facebook" yeni tarqet reklam sistemini işə salıb. Bu sistem real zamandakı reklamdır.
Məsələn, əgər "Facebook"un hansısa istifadəçisi akkauntunda "Pissa yeməyi düşünürəm" yazarsa, praktiki olaraq dərhal onun səhifəsində pissa və ya başqa fast-fud reklamı peyda olacaq.
"Facebook" yeni sistemini istifadəçilərinin təxminən 1 faizi üzərində sınaqdan keçirmək niyyətindədir.
Xatırladaq ki, "Facebook"da akkauntların sayı artıq 600 milyonu keçib.
Tural
Milli.Az