Fateh Terimə ərəblərdən sürpriz təklif

25 Mart 2011 12:43
Milli.Az xəbər portalı İnternethaber.com-a istinadən xəbər verir ki, 2014-cü il Dünya çempionatına qatılmaq üçün səy cöstərən Oman Futbol Federasiyasının prezidenti Səid Hamad əl Busaidi Fateh Terimlə görüşüb. Ona "İslam dünyasının ən böyük məşqçisi" deyə xitab edən federasiya prezidenti Fateh Terimdən Oman millisinə başçılıq etməyi təklif edib. Təcrübəli mütəxəssis isə düşünmək üçün bir neçə gün vaxt istəyib.

"Fateh Terim dünyanın öndə gedən məşqçilərindən biridir. Biz də milli komandamızı ona etibar etmək istəyirik. Təklifimizi vermişik, cavabımızı gözləyirik", -  deyə Oman Futbol Federasiyasının prezidenti bildirib.

Milli.Az