"Bu oyunun belə seksual olduğunu bilməzdim..." - VİDEO-FOTO

25 Mart 2011 10:35
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, dünya qadın tennisinin kraliçası sayılan amerikalı Serena Uilyams 2K şirkətinin "Wii" oyun konsolları üçün istehsal etdiyi "Top Spin 4" kompüter oyununun reklamına çəkilib.

60 saniyəlik reklam klipində onun tərəf-müqabili isə məşhur model Rayli Vanderbildt olub.

"Bu oyunun belə seksual olduğunu bilməzdim. Tennisin başqa sirləri var. Məsələn, tennis təki cazibədar, ehtizazlı, eyni zamanda da ehtiraslı başqa oyun növü tanımıram", - Serena Uilyams deyib.

Tural
Milli.Az