Martın 25-nə olan hava proqnozu

25 Mart 2011 02:00
Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

hava dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-15° isti, axşam 5°-yə yaxın olacağı gözlənilir.
Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti, axşam 5°-yə yaxın təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 771 mm civə sütununadək yüksələcək.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında

martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Gecə və səhər duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Yuxarı Qarabağ bölgəsində

martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər dumanlı hava şəraiti proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.

Qazax-Gəncə bölgəsində

martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcəkdir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti proqnozlaşdırılır.

Böyük Qafqaz bölgəsində

martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.
Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan, 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.

Mərkəzi Aran bölgəsində

martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 11-16° isti proqnozlşdırılır.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin qısa müddət ərzində bir-birini əvəz etməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Milli.Az