"Sony Ericsson" deyəsən, "dirilir"
25 Mart 2011 09:03
Milli.Az xəbər portalı "Marketing"ə istinadən bildirir ki, "Sony Ericsson" korporasiyası "Xperia" modelli yeni smartfonlarının Böyük Britaniya bazarında tanınması üçün 4 milyon funt-sterlinq (təqribən 6,5 milyon dollar) xərcləyəcək. Bununla da "Sony Ericsson" son iki ildə ən böyük reklam kampaniyasını reallaşdıracaq.
"Xperia"nın aqressiv reklamı aprelin 1-də Britaniya telekanalları, qəzetləri və internet saytlarında başlayacaq. İlk növbədə "Xperia Play" oyun smartfonu reklam ediləcək.
Martın 21-də isə "Sony Ericsson" korporasiyası "Facebook", "YouTube" və "Gamespot"un əsas səhifələrində reklamlarını yerləşdirəcək.
Bununla yanaşı, şirkət "Xperia pro" və "Xperia neo"nu da reklam edəcək.
Tural
Milli.Az