Sabah Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XXVII turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonraya təsadüf edən ilk tur mükafatlar uğrunda mübarizə aparan klubların iştirakı ilə başlayacaq. Günün mərkəzi qarşılaşması isə Gəncədə keçiriləcək. Son turlarda qələbələri sıralayan "Kəpəz"lə "Zirə" arasındakı görüş hər iki tərəf üçün vacib əhəmiyyət kəsb edir. Çempionatın bombardiri Nelson Bonillanın xidmətindən məhrum olan paytaxt klubu 2-ci pillədəki mövqeyini möhkəmlədib, liderə yaxınlaşmaq üçün qalib gəlməlidi. Qərblilər isə 3 xalla 3-cü pilləyədək irəliləmək imkanından yararlanmalıdı.
Eyni saatda başlayacaq digər matçda 3-cü pilləyə digər iddiaçı "Qəbələ" AZAL-ın qonağı olacaq. Ardıcıl 2 məğlubiyyət alan əyalət klubu mükafat arzularını çətinə salmamaq üçün mütləq qalib gəlməlidi. "Təyyarəçilər" isə bu mübarizədən qopmamaq üçün xal itirməməlidi. Son iki matçda qələbə qazana bilməyən bakılılar üçün də xal itirmək limiti artıq tükənib.
Turnir cədvəlinin aşağı pillələrində yer alan "Sumqayıt"la "Xəzər Lənkəran" da özləri üçün vacib matça çıxacaq. Cənublular 15 turluq qol və qələbə həsrətinə səfərdə son qoymaqla rəqibinə bir az da yaxınlaşa bilər. Sumqayıtlılar isə əksinə, təhlükəli zona ilə xal fərqini artırmaq üçün qalib gəlməlidi.
Turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların oyununda isə "Qarabağ"ın xal hesabını daha da artıracağı gözlənilir. Ardıcıl 3-cü çempionluğuna doğru irəliləyən Ağdam təmsilçisinin "Rəvan" önündə xal itirməsi inandırıcı görünmür. Ardıcıl 3 qələbə qazanan lider son 6 oyunda xal üzünə həsrət qalan autsayderi məğlub etsə, çempionluğa 1 addım da yaxınlaşacaq.
"İnter"lə "Neftçi" arasında paytaxt derbisi əvvəlki illərdən fərqli olaraq, mərkəzi oyun xarakteri daşımayacaq. Buna səbəb "Neftçi"nin iddialılar sırasından uzaq düşməsidi. Qələbə seriyasını 4-ə çatdırmaq arzusunda olan "bankirlər" 3-cü piləni qoruyub, "Zirə"yə yaxınlaşmaq üçün həmşəhərlilərinə də xal verməməlidi. "Ağ-qaralar" isə 5 turluq qələbə həsrətinə son qoymalıdı. Bu, "Neftçi"nin 6-ci pilləyə irəliləməsi üçün də yetərli ola bilər.
XXVII tur
30 mart (çərşənbə)
15:00. "Kəpəz" - "Zirə"
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
Mövsümün ilk iki oyunu: 1:1, 2:2
Gəncə şəhər stadionu
15:00. AZAL - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov
Mövsümün ilk iki oyunu: 0:2, 0:0
"AZAL Arena"
17:00. "Sumqayıt" - "Xəzər Lənkəran"
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
Mövsümün ilk iki oyunu: 1:1, 2:1
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. "Qarabağ" - "Rəvan"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
Mövsümün ilk iki oyunu: 2:1, 1:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
18:00. "İnter" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Mövsümün ilk iki oyunu: 1:0, 1:1
"İnter Arena"
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
26 |
17 |
6 |
3 |
42-16 |
57 |
2 |
Zirə |
26 |
14 |
8 |
4 |
33-20 |
50 |
3 |
İnter |
26 |
12 |
8 |
6 |
26-17 |
44 |
4 |
Kəpəz |
26 |
11 |
9 |
6 |
33-23 |
42 |
5 |
Qəbələ |
26 |
11 |
8 |
7 |
31-21 |
41 |
6 |
AZAL |
26 |
9 |
6 |
11 |
17-26 |
33 |
7 |
Neftçi |
26 |
8 |
8 |
10 |
26-30 |
32 |
8 |
Sumqayıt |
26 |
5 |
10 |
11 |
27-36 |
25 |
9 |
Xəzər L |
26 |
3 |
5 |
18 |
10-34 |
14 |
10 |
Rəvan |
26 |
2 |
8 |
16 |
17-39 |
8 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardir: Nelson Bonilla ("Zirə") - 10.
Milli.Az