Rza Zərrabı Ebru və qızının yanında qandallayıblar - Vəkildən açıqlama

27 Mart 2016 17:40

Müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin ardından ikili haqda çıxan dedi-qodulara vəkil Şeyda Yıldırım cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mediada Rzanın martın 19-da həbs edildiyi, amma buna rəğmən Ebrunun sosial mediada paylaşımlara davam etdiyi yazılıb. Bu iddialara cavab verən cütlüyün vəkili hər şey aydınlıq gətirib:

"Onlar qızlarını "Disneyland"ə aparmışdılar. Rza həbs olunanda Ebru və Alara da onların yanında olub. Hazırda Rza Zərrabın yanında onu bütün səslənən ittihamlardan müdafiə edəcək vəkillər qrupu var".

Müğənninin İnstaqram-da aşıq Veysəli yad edən paylaşımını isə onun sosial media komandası paylaşıb.

Qeyd edək ki, ABŞ-ın İrana qoyduğu embarqonu pozmaq və digər ittihamlarla həbs olunan R.Zərrabın məhkəməsi aprelin 4-də baş tutacaq. Qızını İstanbula gətirən Ebru yenidən Mayamiyə qayıdıb.

Milli.Az