Linkedİn: siz də orada varsınız?

23 Mart 2011 17:01
Milli.Az xəbər portalı NBC-yə istinadən bildrir ki, işgüzar əlaqələrnin axtarışı və qurulması üçün nəzərdə tutulan "Linkedİn" sosial şəbəkəsinin miqyası sürətlə böyüyür. Bu şəbəkədə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 100 milyona çatıb.

Şirkət sürətli inkişafa nail olsa da, "Facebook" və "Twitter"dən geri qalır. Sözügedən şəbəkələrlə müqayisədə "Linkedİn"in istifadəçiləri azdır. Lakin nəzərə almaq gərəkdir ki, "Linkedİn" ilk növbədə istifadəçilər arasında işgüzar əlaqələrin yaradılması üçündür.

Tural
Milli.Az