Rusiyanın Rostov şəhərindəki Nəqliyyat Universitetinin tələbəsi Olqa Klimenko və onun sevgilisi, 20 yaşlı iş adamı Aleksandr Bojko ötən ay birlikdə yaşamağa başlamışdılar. Onlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə romantik səyahətə yollanmışdılar. Lakin təyyarə qəzası bu sevgiyə son qoyub.
Milli.Az LifeNews-a istinadən bildirir ki, Olqa və Aleksandr bu yaxınlarda toy etməyi planlaşdırmışdılar.
Xatırladaq ki, "Flydubai" aviaşirkətinin Boeing 737-800 təyyarəsi Rostov-Don şəhərinin limanında qəzaya uğrayıb. Təyyarə ilk eniş edə bilmədiyi üçün liman üzərində dövrə vurub, ikinci cəhddə yerə düşüb.
Qəzada 55 sərnişin və 7 heyət üzvü həlak olublar.
Milli.Az