Hər gün qoz-fındıq yemək xəstəliklərin riskini azaldır - FOTO

19 Mart 2016 14:13

Hələ o vaxtlar Hippokrat qoz-fındığı böyrək xəstəliyi, mədə və qaraciyər üçün əsas dərmanlardan biri hesab edirdi. Karbohidrat, zülal, vitamin, minerallarla zəngin olan bu məhsulu avropalılar xüsusi dəyərləndirir.

Həmçinin, Çarlz Dan adına xərçəng İnstitutunun alimləri sübut ediblər ki, hər gün qoz-fındıq yeyən insanların ölüm riski 20 % aşağıdır. Bu məhsullar xərçəng və ürək xəstəliyinə tutulmanın da qarşısını alır.

Kalori dəyəri yüksək olan qozda sağlamlığımız üçün doymamış yağ var. Buna görə də gün ərzində 3-5 ədəd qoz yemək məsləhət görülür. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır. O, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır.

Yaz avitaminozları olan qoz və fındığın başqa nə kimi faydaları var? Bu barədə daha ətraflı bilmək istəyirsinizsə, onda mütləq "Sağlam Nəsil" verilişinə baxmalısınız.

Bundan başqa həftəlik olaraq, tibb dünyasında olan yeniliklər və sağlamlığımız üçün faydalı qidalar haqqında məlumatlar da verilişdə öz yerini alacaq. Belə məlumatlardan ən əsası saçlara düzgün qulluq və daranma qaydaları və eyni zamanda Viva Şirniyyat evinin qənnadçısı Elnur Zeynalov-un milli şirniyyatların hazırlanma qaydası və saxlama şəraiti barədə, həkim terapevt Vüsalə Salmanova isə "Belə qidaların qəbulu zamanı nələrə diqqət etmək lazımdır" kimi mövzular ətrafında öz dəyərli məsləhətlərini verəcəklər.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam Nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam Nəsil" şənbə günü saat 18:00-da Lider TV-də!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az