Martın 21-nə olan hava proqnozu

21 Mart 2011 02:00
Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlrində duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-13° isti təşkil edəcəkdir. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 80-90 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında

Əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə yağıntə olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında

Hava əsasən yağmursuz keçəcək, axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° dərəcə isti, gündüz 12-17° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

Hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° dərəcə isti, gündüz 12-17° isti təşkil edəcək.


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

Hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° dərəcə isti, gündüz 10-15° isti təşkil edəcəkdir. Dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° dərəcə isti, gündüz 12-17° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər dağlarda duman olacaqdır. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-7 dərəcə istı, gündüz 10-15° isti olacaq.

Milli.Az