Aktrisa Fidan Axundova Milli.Az-a açıqlamasında bacısı, aktrisa-teleaparıcı Aydanla oxşar və fərqli cəhətlərindən danışıb:
"İkimiz də zarafatcılıq, birlikdə olanda gülməkdən ürəyimiz gedir (gülür). Gözəçarpan fərqli cəhətimiz isə onun nisbətən arıq, mənim isə kök olmağımdır. Mən teatrda işləyəndə onu özümlə teatra aparırdım. Aydanın da saçı qısa idi, xırda-mırda uşaq idi. Hamı deyirdi ki, Fidanın oğlu var, amma bizdən gizlədir. Çünki uşaqlıqdan 18 yaşına qədər Fidan idman stilində geyinirdi. Mən də deyirdim ki, kaş oğlum olaydı, niyə gizlədirəm ki? Övladı olmaq fəxarətdir, gözəl hissdir. Hansı valideyn ana olduğunu gizlədər? Mən artıq haqqımda deyilən nə düz, nə səhv sözlərin heç birinə reaksiya vermirəm. Mənim üçün bu maraqsızdır. Bu mənim həyatımdır, kimsə mənim həyatımı yaşamır ki".
Əli Rəhimoğlu
Milli.Az