Dünyanın və bəşəriyyətin ekoloji problemlərini nəzərdən keçirək. Bunu nəzərə alaraq, günümüzün ən aktual və illərdir üzərində işlənən ekoloji problemlərini nəzərdən keçirmək və onları tanımaq istədik.
Budəfəki mövzumuz isə "kosmik tullantılar" haqqındadır. Bu tullantılar, insanlara və bəşəriyyətə nə kimi zərərlər vurur?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, 1957-ci ildə Yer kürəsinin ilk süni peykini buraxan vaxt onun orbitini alimlər təqribi bilirdilər. Peyk buraxıldıqdan sonra müşahidəçilər qrupu peykin təqribən görünə biləcəyi yerə gedərək, səmanın görünən hissəsini öz aralarında böldülər.
Sonrakı illərdə isə, Yerin yeni süni peykləri buraxılmış, Yerə siqnal göndərməyi dayandırmış (qüvvəsi tükənmiş) ilkin peyklərə isə maraq azalmış və tezliklə onların hansı orbitdə uçmalarını bilən olmamışdır. 1961-ci ildə ABŞ-ın daşıyıcı "Tranzit" tipli raketinin ilk partlayışı baş verir. 1964-cü ildə planlaşdırılmış (Yerdən komanda ilə) partlayışı baş verdi. Beləliklə, Yerətrafı orbitdə yayılmış, lakin heç kəsi maraqlandırmayan əşyaların sayı artmağa başlayırdı. İlk zamanlar bu hadisələr nə alimləri, nə kosmik gəmilərin layihəçilərini, nə də ki, ictimaiyyəti maraqlandırırdı. Kosmosun çirklənməsi problemi ilə yalnız keçən əsrin 80-ci illərində danışılmağa başlanılır, çünki Yerətrafı boşluqda yaranmış vəziyyət ətraf mühitə, sadəcə olaraq Yerin əhalisinə təhlükə yaratmağa başlamışdır.
1978-ci ildə "Kosmos - 954" peyki Şimali Kanadanın tayqa zonasına, bir il sonra isə "Skayleb" adlı amerikan kosmik stansiyasının qalıqları (tör-töküntüsü) Avstraliyanın səhra rayonlarına səpələnmişlər, 1964-cü ildə isə ABŞ-ın nüvə enerji mənbələri olan nəqliyyat peykinin səhv buraxılması nəticəsində radioaktiv materiallar Hind okeanı üzərinə səpələnmişdir.
Yerətrafı pillələrin planlı partladılmasının qarşısını almaq üçün qəbul olunmuş tədbirlər və ya öz işini qurtarmış peyklərin orbitdən çıxarılması yolları hələlik yaradılmamışdır. Geostasionar peyklər hər şeydən əvvəl mikro-meteorit və bolid kimi təbii səma cisimləri tərəfindən bombardman ola bilər.
Yerətrafı boşluğun yaxın hissəsində, 400 km yüksəklikdə, yəni pilotlarla idarə olunan aparatların uçduğu zonalarda da həmçinin çoxlu miqdar kosmik zibil vardır. Lakin bu obyektlər nisbətən uzun dövrlü deyillər: yarandıqdan bir neçə il sonra onlar Yerin atmosferinə daxil olaraq, yanırlar.
Rusiya EA və NASA institutlarında aparılmış tədqiqatlar bu fikrə gəlməyə imkan verdi ki, alçaq Yerətrafı orbitdə olan kosmik zibilin 40%-dən çoxu - raketlərin ikinci pillələrinin və orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəlmiş qəlpələrdir. Sadə dildə desək, Yer səthinə düşən kosmik orbitlərin "zibilləri"nin hamısı, bu 40%-lik tullantının yanmış hissələridir.
Kosmosun ekologiyası məsələlərinin nizamlanması üçün Beynəlxalq-hüquq məsələlərində əsas yer "Kosmik obyektlər" tərəfindən dəyən ziyana görə məsuliyyət haqda Konvensiyaya (1972-ci il) verilir. Konvensiya dövlətlərdən tələb edir ki, buraxılışa məsul olan dövlət və ya kosmosa hər hansı aparat buraxan dövlət Yer üzərində və uçan hava gəmisinin vurduğu zərər üçün tam məsuliyyət daşımalıdır.
Yer ətrafındakı töküntülərin böyük olanları mütəmadi olaraq izlənilir. Daha xırda obyektlərin izlənilə bilinməsi üçün işlər davam etdirilir. Töküntülərlə bağlı əldə olan məlumatlara və edilən müşahidələrə əsaslanaraq Rusiya, İngiltərə, İtaliya, Almaniya və Amerikada kompürter modelləri inkişaf etdirilir. Alimlər bu modellərdən istifadə edərək dünya ətrafındakı fərqli orbitlərdə dönən kiçikli-böyüklü bütün tullantıların hərəkətlərini ortaya çıxarmağa çalışır.
Bu hərəkətlər incələnərək, gələcəklə bağlı proqnozlar və risklər hesablanır.
Bugünkü çalışmalar hələlik kosmos çirklənməsi problemini anlamağa istiqamətləndirilmişdir.
Hər keçən gün böyüyən bu problemin həllinə istiqamətli edilən bir şey yoxdur. Orbitdəki çirklənmə mövzusunda beynəlxalq bir razılaşma da əldə olunmamışdır.
Bu cür beynəlxalq cəhdlərlə yanaşı, kosmos agentliklərinin başladığı işlər də var. Məsələn, NASA və NASDA-nın (Yaponiyanın Kosmos Agentliyi) kosmik çirklənmə ilə bağlı nəşr etdiyi bələdçilər var. Rusiya, Fransa və b. ölkələr də bənzər bələdçilər hazırlama və inkişaf etdirmə işlərini davam etdirirlər.
Kosmosdakı tullantıların ən təhlükəlisi hal-hazırda Peqasus raketi hesab olunub. 1996-cı ildə parçalanan Peqasus raketinin müşahidə edilə bilən 668 hissəsi kosmosdakı ən böyük tullantılardandır. Bunlar beynəlxalq kosmos stansiyasından 500 km məsafədə yerləşir.
Kosmik tədqiqatlarda istifadə edilən raketlərin Yer atmosferi xaricinə çıxarıla bilinməsi üçün birdən çox yanacaq çəni istifadə edilməkdədir. Mərhələ-mərhələ icra olunan bu yanacaq çənlərinin əvvəlcə istifadə edilən hissələri atmosferdə raketdən ayrılaraq geri qayıdır, digər hissələr isə atmosfer xaricində buraxılır. Vəzifəsini yerinə yetirən hər parça kosmos boşluğunda bir göy cismi kimi tək qalmaqdadır. Çox yüksəkdə olmayan tullantılardan bəziləri zaman-zaman atmosferə daxil olur. Atmosferdə meydana gələn sürtünmə ilə yanmağa başlayan bu tullantılar, bəzən UFO adlandırılır.
Kosmosda çirklənmə yaradan obyektlərin sayı hər keçən gün bir az da artmaqdadır. Hər nə qədər bu töküntülərin böyük bir qismi zamanla dünyaya düşsə də, kosmos çirklənməsinin meydana gəlmə sürəti, yox olma sürətindən daha böyükdür. Birinci bölgə Yerdən 36000 km uzaqdakı bölgədir. Bu bölgənin əsas xüsusiyyəti, buradakı peyklərin periodlarının 24 saat olmasıdır. Bu orbitdə 150-si raketin üst mərhələsi olmaqla, 700 böyük cisim müəyyən olunmuş və kataloqlaşdırılmışdır. Bu bölgədəki töküntülərin sürətləri Aşağı Yer Orbitindəkilərlə müqayisədə daha azdır, saatda 7000 km-ə qədər. Bu töküntülərin kosmos araşdırmaları baxımından yaratdığı təhlükə də çox azdır.
Kosmos zibilliyində neçə ədəd ömrünü tamamlamış peyk olduğu bilinmir. Ancaq meteor toqquşması, maqnetik fırtına və bir-birilə toqquşmaları nəticəsində bu peyklərin kiçik hissələrə parçalanmış olduqları güman edilir. Kosmos Komitəsinin 1968-ci ildə verdiyi qərara görə, hər dövlət kosmosa göndərdiyi vasitələrə nəzarət edilməsinə və geri qaytarılmasına görə məsuldur.
Çirklənmə mövzusunda ortada müxtəlif təkliflər var, amma üzərində razılığa gəlinən və tətbiq olunan ciddi bir plan yoxdur. Bu məqsədlə yaxın zamanlarda Almaniyanın Darmstadt şəhərində toplaşan müxtəlif ölkələrdən 200-ə qədər elm xadimi kosmos tullantılarının necə aradan qaldırıla biləcəyinə dair təkliflər irəli sürmüşdür. Bütün kosmos agentliklərinin razılaşdığı nöqtə ilk mərhələdə kosmos çirklənməsinin artım surətinin qarşısını almaqdır. Kosmos agentlikləri bundan sonra kosmosa çıxacaq vasitələrin göndərilmələri və orbitə yerləşdirilmələri əsasında kosmosu ən aşağı səviyyədə çirklətmələrini təmin edəcəklər. Xüsusən də, bundan sonra ömrü tükənən peyklərin və kosmik vasitələrinin Yerə düşmələri təmin ediləcək. Sonra isə yerinə yetirilməsi əsas olan bugünkü çirkliliyin aradan qaldırılmasıdır. Ancaq bu "təmizlik" texnoloji və daha çox da iqtisadi bir mövzudur. Bunun üçün müxtəilf təkliflər mövcuddur. Amma bütün bunlar hələlik düşüncə məsələsində olan proyektlərdir.
Rusiya Kosmos Agentliyi Roskosmosun internet saytında verilən məlumatda kosmosu Çindən sonra ən çox çirkləndirən 2 ölkənin ABŞ və Rusiya olduğu qeyd olunur. Şərhdə kosmosdakı tullantıların yüzdə 93%-in bu 3 ölkədən qaynaqlandığı göstərilərək, "Təxminlərə görə, tullantıların 40%-ni Çin, 27,5%-ni ABŞ, 25,5%-ni Rusiya, 7%-ni isə kosmik tədqiqatlara qatılan digər ölkələr yaradır" deyilmişdir.
Nəticə etibari ilə isə, nəzarətdən başqa bu ekoloji problemi köklü həll etmək üçün heç bir addım atılmamaqdadır.
Milli.Az