1,2 metr uzunluğunda siçovul təsəvvür edə bilərsinizmi? Çətindir.
Ceyms Qrin də bu gəmirici ilə qarşılaşanda heyrətlənib. Lakin o, özünü itirməyib və əlindəki çəkiclə nəhəng siçovulu öldürüb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Londonun şərqində, İst London səmtindəki "Hackney Downs" yaşayış kompleksində yaşanıb.
Qaz təsərrüfatı xidmətinin əməkdaşı olan C.Qrin evlərdən birinin zirzəmisində qaz borularını təmir edəndə nəhəng siçovulu görüb.
"Belə siçovulun olduğuna inanmaq çətindir. Ona görə də mühəndis Toni Smitdən xahiş etdim ki, bu siçovulun fotosunu çəksin", - 46 yaşlı Ceyms Qrin deyib.
Milli.Az