Abbas Bağırov nişanlandı? - Müğənni DANIŞDI - YENİLƏNİB

11 Mart 2016 17:07

Nişanlanmağımla bağlı yayılan xəbər yalandır.

17:07

Əməkdar artist Abbas Bağırov nişanlanması xəbəri ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Big.az-a açıqlama verən Abbas Bağırov bildirib ki, nişanlanmayıb və həmin xəbərlər həqiqəti əks etdirmir:

"Nişanlanmamışam. "Həri" mərasimi də olmayıb. Mən özüm bu barədə açıqlama verməmişəm, çünki belə bir şey olmayıb" - deyən müğənni əsəbləşib.

Qeyd edək ki, Abbas Bağırovun birinci evliliyindən bir qız övladı var. 

-----------

14:10

Əməkdar artist Abbas Bağırov subaylığın daşını atır.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, müğənninin yaxın ətrafından daxil olan məlumata görə, ifaçının elçiləri dünən qız evinə yollanıblar və "Həri" mərasimi baş tutub. Bu xoş hadisəyə münasibət öyrənmək üçün Abbasın özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin müğənni telefonlarımıza cavab vermədi. Onu da qeyd edək ki, bu, Abbasın ikinci evliliyi olacaq. Müğənni daha öncə Afət adlı xanımla nikahda olub.

Milli.Az