Bakıda iyrənc "servis": yedin, ağzını sil! - FOTO

11 Mart 2016 09:43

Portağaldan dərman, banandan qana bənzər qırmızı ləkə, konfetdən qurd çıxması son vaxtlar alıcıları kifayət qədər narahat etmişdi. İndi isə qatıqdan kağız (salfet) çıxıb. 

Bakıxanov qəsəbəsində yerləşən mağazalardan birindən alınan qatıqdan salfetka çıxıb. Bu haqda Milli.Az-a məlumat verən qəsəbə sakininin sözlərinə görə, alınan qatıq ev şəraitində hazırlanıb və üzərində hər hansı bir şirkətə məxsus olması haqqında heç bir fərqləndirici yazı yoxdur.

Alıcı qeyd edir ki, qatığa salfetka qoyulmasının məqsədi qatığı daha da yağlı, qaymaqlı göstərməkdir. Bunun üçün bəzən qatığa əlavə yağ da vurulur. Alıcı həmçinin bildirib ki, Bakıxanov qəsəbəsindəki ticarət obyektlərində heç bir fərqlənmə və ya  marka nişanı olmayan, ev şəraitində kustar üsulla hazırlanan süd məhsullarının satılması halı geniş yayılıb.

Oxucumuzun bizə göndərdiyi həmin şəkilləri təqdim edirik.

Əfqanə

Milli.Az