9 illik rekord toxunulmaz qaldı

10 Mart 2016 13:59

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları məhsuldarlığı ilə fərqlənib. Milli.Az apasport.az-a istinadən bildirir ki, dünən baş tutan 4 matçda 16 qol vurulub.

Orta məhsuldarlığın 4,00-ə bərabər olduğu gün ölkə kuboku tarixinin ən məhsuldar 1/4 finalı deyil. Belə ki, bu mərhələdə daha çox qolun vurulduğu vaxt da olub.
 
2006/07 mövsümündə ilk oyunlar çərçivəsindəki 4 matçda 17 qol qeydə alınmışdı. Bu dəfə isə həmin rekordun təkrarlanması üçün 1 top çatmayıb və 1/4 finalçılar 3-cü dəfə 16 qolla kifayətləniblər.
 
9 il əvvəl qeydə alınan rekord zamanı "İnter" "Gənclərbirliyi"ni, "Xəzər Lənkəran" "Bakı"nı 2:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan"a qalib gəlib - 7:2. "Karvan"la "MKT-Araz"ın görüşündə isə qalib bəlli olmayıb - 2:2.
 
Qeyd edək ki, 16 qolun qeydə alındığı dünənki görüşlərdə "İnter" "Rəvan"ı 3:0, "Qəbələ" "Zirə"ni 5:1, "Qarabağ" "Sumqayıt"ı 4:1, "Neftçi" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə üstələyib.

Milli.Az