Qusarın kəndi bir ildən sonra yenə sürüşdü
2 Mart 2010 13:23
Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yeni fəallaşmaya güclü yağıntılar səbəb olub. Sürüşmə ərazisində yerləşən evlərə ciddi təhlükə yaranıb. Torpaq sürüşməsinin, təxminən, 10.000 kv.m ərazini əhatə etdiyi bildirilir. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.
Xatırladaq ki, Urva kəndi ərazisində ötən il baş vermiş torpaq sürüşməsinin uzunluğu 500 metrə, eni isə bəzi yerlərdə 300 metrə çatmışdı. Təhlükəli zonada yerləşən bir neçə ailə köçürülmüşdü.
Milli.Az