"Rayonlarda kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır"

9 Mart 2016 16:34

Dilçilik İnstitunda yaradılmış "Qaynar xətt" bizim Azərbaycan dilinə münasibətimizi dəyişməlidir.

Milli.Az report-a istinadən bildirir ki, bunu AMEA Dilçilik İnstitunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, hər kəs gördüyü, müşahidə etdiyi səhv reklamın, yazının yanından bir vətəndaş kimi keçməməlidir: "Bütün vətəndaşlar ətrafında olan yazılara diqqət yetirməlidir və qüsurlarla bağlı mütəxəssislərə müraciət etməlidir. "Qaynar xətt"ə ciddi yanaşmaq lazımdır. Dili qorumaq ancaq bir qurumun işi deyil, bu, ümummilli məsələdir.

Reklamların dilində qüsurlar var dedikdə ancaq paytaxt anlaşılmamalıdır.

Rayonlarda vəziyyət daha bərbaddır. Hətta sovet dövründən qalmış, kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır". 

Milli.Az