Polis idarəsində seks qalmaqalı

25 Fevral 2015 13:13
Paraqvayın ən məşhur qəzetlərindən olan Schronica-nın dərc etdiyi foto ölkədə böyük qalmaqal yaradıb.

Polis idarələrindən birində çəkilmiş fotoda zabit ifadəsinin alınması üçün idarəyə çağırılmış qadını soyunduraraq onunla rəqs edir.
 

Milli.Az The Mirror-a istinadən bildirir ki, fotonun həmin idarədə çalışan polis zabiti tərəfindən çəkildiyi vurğulanır.

Fotonu qəzetə yollayan zabit yazıb: "İşlədiyim idarədə belə biabırçılıqların adi hala çevrilməsindən canım boğazıma yığılıb. Ona görə də çəkdiyim fotonu yayıram. Seks partiləri, fahişələr, striptizçilər, ən murdar hərəkətlər. Bezmişəm!"
 

Paraqvayın Daxili İşlər Nazirliyi olayla bağlı araşdırmalara başlayıb.
 

New York Daily News bildirir ki, fotodakı zabit polis leytenantı Freddi Orteqadır.
 

Fotonu çəkən şəxsin isə onun həmkarı, polis leytenantı Pedro Xuan Kabalyero olduğu vurğulanır.

Milli.Az