Gözəl və gənc qalmaq üçün ən ucuz vasitə: qatıq - MASKALAR

7 Mart 2016 19:37

Milli.Az aile.lent.az-a istinadən bildirir ki, dərinizə daim sürtəcəyiniz qatıq maskaları ilə yaşlanmanı gecikdirə, sağlam və işıltılı dəriyə sahib ola bilərsiniz. Ancaq bir şeyə diqqət edin ki, maskaların hazırlanmasında təbii kənd qatığından istifadə etməlisiniz.

Sadə qatıq

Yatmadan əvvəl 15 dəqiqə boyunca qatığı yanaqlarınıza sürtün. 1 həftə ərzində çox qəşəng nəticələr verəcək.

Limon suyu və qatıq

Qatıq yaşlılıq və ləkələr üçün olduqca təsirlidir. Limon suyu və qatıq yardımı ilə bir üz maskası hazırlayın və üzünüzdə ləkə olan bölgələrə vurun.

Zeytun yağı və qatıq

Zeytun yağı ilə qarışdırılan qatıq qırışları azaldır və yaşlanma əlamətlərini gecikdirməyə yardımçı olur. Bu maska dərinin erkən yaşlanmasının qarşısını alır.

Banan, bal və qatıq

Bunlardan bir qarışım hazırlayın. Qarışımı dərinizə sürtün və təxminən 25-30 dəqiqə  saxladıqdan sonra soyuq su ilə yuyun. Bu maska dərinizin sallanmasını önləyəcək, daha gərgin edəcək.

Xiyar və qatıq

Ölü dəri hüceyrələrindən qurtulmaq üçün xiyar və qatıqla bir maska hazırlaya bilərsiniz. Xiyarı rəndələyin və bir qabın içərisində qatıqla qarışdırın. Təxminən 15 dəqiqə üzünüzdə saxladıqdan sonra dərinizi yuyun.

Çobanyastığı və qatıq

Qatığa əlavə edəcəyiniz yarım çay qaşığı çobanyastığı yağı ilə dərinizin qüsursuz və ipək kimi olmasına nail ola bilərsiniz.  

Milli.Az