Əyyaş rus ayıları müalicə olunacaq

26 Fevral 2015 22:50

Soçi restoranlarından birində xeyli müddət saxlanılmış və restorana gələn müştərilər tərəfindən pivə içməyə öyrədimiş iki kor ayı Rumıniyaya köçürüləcək.

Milli.Az BBC-yə istinadən bildirir ki, "Geniş ürəklər" beynəlxalq xeyriyyə cəmiyyəti bu heyvanları alkohol asılılığından xilas etmək qərarına gəlib.

Ayıların Rusiyadan Rumıniyaya köçürülməsinin xərcini Brigget Bardot Fondu ödəyəcək.
 

Heyvanların Transilvaniyada yerləşən Ayı parkında yaşayıb orada müalicə olunacağı nəzərdə tutulub.

"Bu, olduqca baha başa gələn layihədir", Anna Koqan, "Geniş ürəklər" fondunun rəhbəri bildirib.

Bu 2 ayı 20 ildən çox Soçidəki gürcü mətbəxi restoranında müştəriləri əyləndirmək üçün saxlanılıb.
 

"Geniş ürəklər" fondunun bildirdiyinə görə, onların saxlanma şəraiti dəhşətli olub.

Restorana gələn müştərilər ayılara pivə içirdərək əyləniblərmiş.
 

"Geniş ürəklər" fondunun saytında yazıldığına görə, nəticədə, bəzən, ayılar sözün əsl mənasında pivədə üzüblərmiş.

2012-ci ildə yerli fəallar ayıların müdafiəsinə qalxaraq heyvanların vəziyyətilə bağlı rəsmi qurumlara müraciət ediiblər.

Prokurorluq məsələni araşdırdıqdan sonra məhkəmə ayıları sahiblərindən müsadirə edib.
 

Baytar həkimlərin sözlərinə görə, heyvanları alkohol asılılığından müalicə etmək mümkündür.
 

Rumıniyanın Ayı parkında xəstə heyvanların müalicəsi sahəsində geniş təcrübə toplanıb.

Londonda mənzillənən "Geniş ürəkılər" fondu 2011-ci ildə yaradılıb.
 

Fond Rusiyada saxlanılan heyvanlara yardım göstərməklə məşğul olur və fəaliyyət dairəsini keçmiş sovet respublikalarına da genişləndirməyi planlaşdırır.
 

Milli.Az