Sərnişinlərin həyatları gör, kimə əmanətmiş...

17 Mart 2011 07:35
Milli.Az xəbər portalı "Time İndia"a istinadən bldirir ki, "Air İndia" dövlət aviaşirkətində işləyən hər 4 pilotdan birinin sənədlərinin və uçuş lisenziyasının saxta olduğu ortaya çıxıb.

Ötən həftəsonu sınaq uçuşlarında fırıldaq edərək lisenziyasını təsdiqlədən bir pilot tutulub.
Onun ABŞ-da uçuş lisenziyasının ləğv olunmasına rəğmən, saxtakarlıq edərək Hindistanda yenidən lisenziya aldığı deyilir.

"Air İndia" və digər aviaşirkətlərdə çalışan pilotlarla arasında yüzlərlə insanın uçuş lisenziyasını rüşvətlə aldıqları da istisna edilmir.

Tural
Milli.Az