Rubl qəflətən bahalaşdı

26 Fevral 2015 21:45
Moskva valyuta birjasında alqı-satqı əməliyyatlarının səhər sessiyasında Rusiya rublunun dollara qarşı kəskin artımı müşahidə edilib.

Milli.Az BBC-yə istinadən bildirir ki, 1 dollar rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində sabitləşib.
 

Eyni zamanda avronun rubla qarşı məzənnəsi nəzərə çarpacaq dərəcədə dəyişməyərək 69,69 rubl təşkil edib.
 

Son bir neçə gün ərzində bahalaşan Brent markalı neftin qiyməti ötən günə nisbətən dəyişməz qalıb - 1 barrel üçün 61,60 dollar.
 

Milli.Az