Keçmiş deputat doğum günü qara xəbər aldı - YENİLƏNİB

1 Mart 2016 12:39

12:39

Sabiq deputat, Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin qardaşı Vahab Nuriyev vəfat edib.

V.Nuriyev bu gün Bakının Hövsan qəsəbəsində torpağa tapşırılacaq.

Onu da bildirək ki, bu gün Ə.Nuriyevin doğum günüdür.

Əliməmməd Nuriyev AzNews.az-a açıqlamasında bildirib ki, qardaşı Vahab Nuriyev bir ay əvvəl insult keçiribmiş: "Xəstəxanada yatırdı, özü də yaxşı idi. Evə gəlişini gözləyirdik. Nə bilək belə olacaq. Nə olubsa bu səhər olub. Bu səhər qara xəbərini aldım". 

----------

11:26

Sabiq deputat, Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin qardaşı Vahab Nuriyev vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki, V.Nuriyev bu gün Bakının Hövsan qəsəbəsində torpağa tapşırılacaq.

Milli.Az