Günün yuxuyozması
24 Mart 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Səhər yeməyi - Röyada səhər yeməyi yeyildiyini görmək-röya sahibi çoxdan gözlədiyi məktubu alacaq, lakin məktubda yazılanlar o qədər də ürəkaçan olmayacaqdır.
Balıq - Yuxuda görülən balığın sayı bəllidirsə-qadına; bəlli deyilsə, çoxsa-oğurluq mala yozulur.
Dənizin dibində iri və kiçik balıqları bir yerə toplanmış halda görmək, onları bir-bir sudan çıxarıb yemək və ya hissə-hissə doğrayıb bölmək-o adam çıxartdığı balıqlar qədər var-dövlət sahibi olar. İri balıq-ölkənin baş vəziri və ya baş vəkilidir. Balıqlar məmləkətin əsgərinə, dəniz isə dövlətə yozulur.
Özünü suda balıq ovlayan görmək-0fərəhli və şad bir xəbər anlamındadır. İri balıq tutmaq-mənfəət və xeyrə yozulur; kiçik balıqlar isə-əldə ediləcək gəlirin kəsilməsinə yozulur.
Yatağında balıq görmək-dəniz səyahətində bulunan adam üçün xəstəliyə yozulur.Bulanıq suda balıq ovlamaq - tasa, qayğı deməkdir. Balığı diri-diri yemək-yuxu görənin mal-mülk sahibi olacağına və körpəsinin doğulacağına işarədir.
Məhrəm yerindən balıq çıxdığını görmək-yuxu sahibinin arvadı boyludursa, qız doğacaq. Qızardılmışbalıq görənin duası qəbul ediləcəkdir.
Bir nəfər röyasında göydən balıq endiyini və onu yediyini görərsə, xeyir xəbər eşidəcək, düşmənlərini məğlub edərək yüksələcəkdir.
Lotereya - Röyada lotereyasını
udduğunu görən adam, gözləməriyi halda, çox xeyirli bir sərvətə
qovuşacaq. Lotereyanın uduşa düşməməsi-həyatda irəli gedə bilmək üçün
başqa imkanlar tapılacağına yozulur.
Ordu - yuxuda ordu bir pozğunluzun və qarışıqlığın qarşısının alınacağına, orduda olmaq isə düşmənin hücumuna yozulur.
Ətirşah - Röyada ətirşah çiçəyi görmək-mənəvi çirkablardan təmizlənərək normal yaşayışa başlamaq barədə gəldiyiniz qərarın doğru və yerində olduğunu göstərir.
Milli.Az