Aytən Səfərovadan həmkarlarına: "Alt paltarınız sıxır?"

27 Fevral 2016 16:31

Aparıcı Aytən Səfərova həmkarlarını tənqid edib. 

Axşam.az-ın məlumatına görə, o, aparıcıların xəbər oxuyarkən hərəkət etməsini qınayıb:

"Mən bir şeyi başa düşmürəm: Niyə bəzi xəbər aparıcılar (xüsusən də qadınlar) məlumat oxuyanda yerlərində dingildəyirlər? Bu "emosiya"lardır, yoxsa, dönə-dönə üzr istəyirəm ifadəmə görə, alt paltar sıxır, ya da efirdən əvvəl ayaqyoluna çatmayıblar? Xəbər aparıcısının qurşağından aşağı heç yeri oynamamalıdır. Vallah, pis görünür. Bu peşəkarlıq göstəricisi deyil".

Milli.Az