Alınan dərmanı apteklərə qaytarmaq olmur - VİDEO

26 Fevral 2016 23:37

Günümüzdə demək olar ki, supermarketlərdə, mağazalarda aldığımız hər şeyin adı və qiyməti kassa qəbzində qeyd olunur. Ancaq əksər apteklərin verdiyi qəbzlərdə   isə sadəcə malların cəmi məbləği qeyd olunur. Bu isə malların istehlakçı tərəfindən qayrılmasında və ya dəyişdirilməsində probləmə çevrilir, istehlakçı malı həmin aptekdən aldığını sübuta yetirə bilmir.

Bu hal əksər insanların tez-tez rastlaşdığı problemdir. Qəbz var, ancaq nə dərmanların adı, nə də ayrılıqda qiymətləri var. Apteklərin əksəriyyətində vəziyyət bu cürdür. Nəticədə isə vətəndaşlar aldığı dərmanları əvəzləmək və ya bir problem yarandığı təqdirdə qaytarmaq istəsələr, əllərindəki kassa qəbzi ilə dərmanları həmin aptekdən aldıqlarını sübut edə bilmirlər.

Ancaq bununla yanaşı alınan mallarının adının və qiymətinin tək- tək qeyd olunduğu qəbz verən apteklər də var.

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirilib ki, qanunvericilikdə ümumi məbləğin qeyd olunduğu kassa qəbzi əsas götürülür. Mallarınn adlarının qeyd olunduğu qəbz  isə apteklərin öz təşəbbüsüdür və məcburi deyil.

Azad İstehlaşçılar Birliyinin sərdi Eyyub Hüseynov deyir ki,  qanuna əsasən istehlakçılar 14 gün ərzində  aldığı malları dəyişmək və qaytarmaq hüququna malikdirlər. Ona görə də belə bir problemlə rastlaşmaq onların hüquqlarının pozulması deməkdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Alınan dərmanı apteklərə qaytarmaq olmur