Bu gün Od çərşənbəsidir

2 Mart 2010 09:37
Digər Novruz çərşənbələrində olduğu kimi, Od çərşənbəsində də tonqal yandırmaq mütləqdir. İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında "İkinci çərşənbə" və ya "Üsgü çərşənbə" də deyilir.

Od çərşənbəsi qədimdə xalqımızın günəşə, odu qoruyub-saxlamağın vacibliyinə inamı ilə bağlıdır. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər. Odla bağlı da bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar, tapmacalar bu günə qədər yaşamaqdadır. Məsələn, inanca görə, Od çərşənbəsində ocaqdan od verməzlər. Yaxud da "odu söyən qara günə qalar" kimi deyimlər sınaqdan çıxmış fikirlər sayılır.

Milli.Az