İnanılmaz: pişik tələbə oldu - FOTO

25 Fevral 2016 18:02

Pişik ən sevimli ev heyvanlarından biridir. Üstəlik, itlərdən fərqli olaraq, pişiklər öz qayğılarına qala bilir.

Liseylərdə isə tələbələrin dərsə pişiklə gəlməsi yasaqdır.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərində yerləşən Liland liseyində isə tələbələr və müəllimlər buradakı pişiyi çox sevirlər.

Bubba adlı pişik rəsmi olaraq tələbə statusu alıb.

San-Xose sakini Ember Mariental Bubbanı 2009-cu ildə evində saxlamağa başlamışdı.

Az sonra isə Ember pişiyin yaxınlıqdakı liseyin həyətində gəzməyi sevdiyini anlayıb.

Lisey tələbələri pişiyi o qədər seviblər ki, Bubanı "tələbə" ediblər.

Digər tələbələr kimi, Bubba da hər səhər liseyə yollanır, günorta saatlarında isə evə qayıdır.

Bubba rəsmi olaraq tələbə statusuna malik yeganə pişikdir.

Milli.Az