Rusiya-Gürcüstan sərhəd keçid məntəqəsi açıldı

2 Mart 2010 09:16
BBC-nin verdiyi xəbərə görə, Rusiya və Gürcüstan vətəndaşları bu sərhəddən ancaq Moskva və Tbilisidə ala biləcəkləri vizayla keçə bilərlər. Digər MDB vətəndaşları sərhədi vizasız keçəcək.

Hesab olunur ki, bu keçid məntəqəsinin açılışı ilk növbədə Ermənistanın marağındadır. Bu yol onun üçün Rusiyaya yeganə birbaşa quru yoludur və onun xarici ticarət mübadiləsinin 1/3 bir əvvəllər bu yol vasitəsiylə həyata keçirilirdi.

Yuxarı Lars sərhəd keçid məntəqəsi Gücüstanda Kazbeqi adı altında tanınır. Gürcüstan tərəfi xüsusi olaraq qeyd edirdi ki, keçidin açılışına yalnız Ermənistanın xaişi ilə razılıq verib.

Rusiya rəsmilərinin bildirdiyinə görə, Rusiya və Gürcüstan vətəndaşları sərhədi viza rejimi əsasında keçə biləcəklər.

Həmin vizalar İsveçrənin Moskvada və Tbilisidəki səfirliklərində veriləcək. MDB-nin digər ölkələrindən olan vətəndaşlar üçün isə sadəcə xarici pasportu təqdim etmək kifayət edəcək.

Milli.Az